Qusarın Kuzunqışlaq kəndində yerləşən tam orta məktəbin (220 şagird yerlik) tikinti işlərinin satınalınması üzrə tender keçirilir. Bu haqda ShimalNews 25 sentyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.
Müsabiqədə iştirak haqqı 1000 manatdır. Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi 13 oktyabr saat 12:00-a kimidir. Zərflər isə 24 oktyabr tarixində açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18.
Telefon: 465-73-48 (134) (Əsaslı Tikinti və Təchizat İdarəsinin Satınalmaların təşkili şöbəsinin baş mütəxəssisi Zülfiqar Quliyev)
Elektron poçt: [email protected]