top
Qusar: təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb
29 noyabr 2023, 14:39
- ↺ +

Qusar: təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusarda fermerlərin iştirakı ilə regional tədbir keçirilib. Bu haqda ShimalNews 29 noyabr tarixində Aqrar Sığorta Fonduna istinadən məlumat verir.

“Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda baş tutan görüşdə aqrar sığortadan istifadə, aqrar sığortanın üstünlükləri, təbiət hadisələri və müxtəlif hallar nəticəsində fermerlərə dəyən zərər və ödənişlərlə bağlı vəziyyət müzakirə edilib.

Hazırda aqrar sığorta ölkədəki 1,6 milyon hektar əkin sahəsinin 420 min hektarını əhatə edir. Aqrar sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir.

Tədbirdə Quba-Xaçmaz regionu üzrə aqrar sığorta xidmətləri və müxtəlif məhsulların sığortalanması imkanları üzrə təqdimat keçirilib. Bildirilib ki:


  • 1000 manatlıq arpa məhsulunun sığortalanması fermerə cəmi 8 manata,

  • buğda sahəsinin sığortası 7 manata,

  • 1000 manatlıq fındıq sahəsini baza zərfi və donvurmadan sığorta etmək 12 manata,

  • qoz məhsulunun bu risklərdən sığortası 20 manata başa gəlir.


Bundan əlavə, 1000 manatlıq şaftalı məhsulunu donvurmadan və doludan keyfiyyət itkisindən sığorta etmək ümumilikdə 29 manata, armud məhsulunu eyni risklərdən sığorta etmək isə 38 manata başa gəlir. Alma bağı üçün bu rəqəm 32 manat, gilas bağı üçün isə 35 manat təşkil edir.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, artıq təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb. Təqribi hesablamalara görə, bu il əkin sahələri üzrə aqrar sığorta ödənişləri 6 milyon manata çatacaq.

Son xəbərlər

Hadisə
Bu gün, 10:51

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Hadisə
Bu gün, 10:25

İsmayıllıda piyada "avtomobili vurub" - VİDEO

Hadisə
Bu gün, 10:00

Qaxda avtomobil aşdı, xəsarət alan var

Cəmiyyət
Bu gün, 09:32

Oğuzda məktəblilər arasında idman yarışları keçirilib - FOTO

İdman
Bu gün, 09:20

"Qəbələ-2" səfərdə 7 qol vurdu

Cəmiyyət
Bu gün, 09:00

Şorsu kəndində qaz olmayacaq

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü - XRONİKA

İqtisadiyyat
Dünən, 18:10

Zaqatala maşın bazarında durğunluq: "4 min manata maşın tapa bilmədi"

Cəmiyyət
Dünən, 17:32

Küləklə bağlı xəbərdarlığı verilib

Cəmiyyət
Dünən, 16:48

Qubanın bu kəndində subartezian quyusu işlək vəziyyətə gətirildi

Cəmiyyət
Dünən, 15:48

Şəki və Qaxın qazlaşdırılmayan kəndləri Milli Məclisdə müzakirə olunub

İdman
Dünən, 15:36

"Şahdağ Qusar" meydanda gözləyir, "Mingəçevir" oyuna çıxmayıb

Cəmiyyət
Dünən, 14:58

Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət
Dünən, 14:35

Energetika naziri Şimalda 7 rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
Dünən, 13:46

Qusarda bu küçə asfaltlandı

Hadisə
Dünən, 13:05

"Şəki Yaylası"nın fəaliyyəti dayandırılıb: "İlin sonunda açıla bilər"

Cəmiyyət
Dünən, 12:20

Həbsdə olan sabiq icra başçısının qızı yenidən hakim təyin edilib

Hadisə
Dünən, 11:30

Şabranda ət satışı məntəqəsinin fəaliyyəti dayandırıldı

Hadisə
Dünən, 10:56

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

Cəmiyyət
Dünən, 10:29

Xaçmazda köhnə piyada körpüsünün bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Cəmiyyət
Dünən, 09:29

Xaçmaz Zəfər Gününə hazırlaşır

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
03 noyabr 2026, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
03 noyabr 2026, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

Oxşar xəbərlər