Samur-Abşeron kanalının Qusar rayonundan keçən hissəsində boğulan yeniyetmə tapılıb. Bu barədə ShimalNews 11 iyul tarixində məlumat verir.
14 yaşlı Amin Ağamirzəyevin cəsədi Şabran rayonunun Taxtakörpü adlanan ərazisində aşkar edilib. FHN-in xilasediciləri meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Dünən Aminin dəfn mərasimi baş tutub.
Daha öncə, bu hadisə ilə bağlı məlumat vermişdik.