“Samur” gömrük postunda ətir yağlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb. Bu haqda ShimalNews 13 iyul tarixində Dövlət Gömrük Komitəsinin səhifəsinə istinadən məlumat verir.
Gömrük postunun ixrac nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Volvo" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Baxış zamanı avtomobilin qoşqusunda yerləşən yeşikdə bəyan edilməyən parfumeriya məhsulları - 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan yağlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.