Qusar rayon sakini Zərdab rayonunda 4 kq-dan artıq narkotiklə tutulub. Bu barədə ShimalNews 9 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə A.Hüseynzadə saxlanılıb. Ondan 4128 qr heroin və 40 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.