Qusar rayonu ərazisində yerləşən Şahdağ Milli Parkını yanvar ayında ziyarət edənlərin statistikası açıqlanıb. Bu barədə ShimalNews 7 fevral tarixində AzTV-yə istinadən məlumat verir.
Turizm kompleksinə gələnlərin sayı ildən-ilə artır. Son bir ay ərzində buraya 45 minə yaxın turist gəlib, qonaqların arasında əcnəbilər də çoxluq təşkil edirlər.
Kompleksin ərazisində müxtəlif istiqamətlər üzrə xizək həvəskarları üçün 27 sürüşmə yamacı var. Bundan başqa, “Şahdağ”da kanat xətlərindən Qusarın dağlarını seyr etmək mümkündür.
Qış turizm mövsümü aprel ayına kimi davam edəcək.