Qusar şəhərində ödənişsiz psiloxoq və loqoped qəbulu keçiriləcək. Bu haqda ShimalNews 28 sentyabr tarixində məlumat verir.
Konsultasiya nitq qüsurları, kəkələmə, gec danışma, psixoloji problemli, davranış pozuntusu olan uşaqlar üçün təşkil edilir. Aksiya sentyabrın 30-u saat 10:00-dan baş tutacaq.
Qeydiyyat üçün (070) 327 19 51 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Qusar şəhəri, S. Vurğun küçəsi.