Qusar Mərkəzi Xəstəxanası tikinti və avadanlıqların təmiri ilə bağlı auksion keçirir. Bu barədə ShimalNews 5 oktyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Müsabiqədə iştirak haqqı 150 manatdır. Tələb olunan sənədlər 26 oktyabr saat 12:00-dək təqdim edilməlidir. Zərflər isə 6 noyabr tarixində açılacaq.
Satınalan təşkilatın ünvanı: Qusar şəhəri, Məlikov, 2A.
Telefon: +994 70 916 11 59 (Satınalma şöbəsinin müdiri Mikayıl Musayev).
Elektron poçt: [email protected]