Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edəcək. Bu haqda ShimalNews 18 aprel tarixində məlumat verir.
Görüş aprelin 23-də saat 10.00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq.
Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-887-77-65) müraciət edə bilərlər. Eləcə də “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək mümkündür.
Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.