Qusarda bu il Azərbaycanda keçiriləcək COP29 ilə bağlı tədbir təşkil edilib. Bu haqda ShimalNews 8 iyul tarixində məlumat verir.
Olimpiya və İdman Kompleksində keçirilən dəyirmi masada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov və sektorun əməkdaşı Ramin Məcidov iştirakçılara ekoloji problemlər haqda məlumat veriblər. Tədbir zamanı noyabr ayında Azərbaycanda keçiriləcək COP29 haqqında, ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi aktiv fəaliyyəti və layihələri barədə danışılıb.