Qusar rayonu ərazisində yerləşən Şahdağa qar düşüb. Bu haqda ShimalNews 10 oktyabr tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bu gün saat 09:00-a olan məlumata əsasən, Şahdağda qarın hündürlüyü 7 mm-dək olub, əsən şimal-qərb küləyi isə arabir 20 m/s-dək güclənib.
Həmçinin İsmayıllı və Qubada son yağıntının miqdarı 1 mm-dək olub.