Qusardan olan bir qrup müəllim təltif edilib. Bu haqda ShimalNews 6 oktyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə RTİ-nin müdiri Rüfət Hacıyev və icra başçısı Şair Alxasov şərəfli peşə sahiblərini təbrik ediblər. Sonda müəllimlər səmərəli fəaliyyətlərinə görə Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.