Qusarda "Macəra romanlarının atası Aleksandr Düma" adlı tədbir keçirilib. Bu barədə ShimalNews 25 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tanınmış fransız yazıçısı Aleksandr Dümanın anadan olmasının 220 illiyi ilə əlaqədar təşkil edilən görüş Qusar rayon Mərkəzi Kitabxanasında baş tutub. Tədbir iştirakıları yazıçının əsərləri ilə tanış olub, müzakirələr aparıblar.