Qudyalçay çayının çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.
Shimal.News Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatını dərc edir. Qurumun əməkdaşlarının keçirildikləri tədbirləri zamanı çayın Quba rayonu Timiryazev kəndinin inzibati ərazisində keçən hissəsindən “BCG” MMC-nin iş icraçısı Elxan Hümbətov, Zizik kəndinin inzibati ərazisində keçən hissəsində “Körpü Bina Tikinti” MMC-yə məxsus karxananın iş icraçısı Musayəddin Qurbanov, Əliməmmədoba kəndinin inzibati ərazisində keçən hissəsindən isə fiziki şəxs Taleh Əliyevə məxsus karxananın iş icraçısı Şükür Şükürovun qanunsuz əməl törrədikləri müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib olunub və qaydada inzibati məsuliyyətə cəlb ediliblər.