Quba şəhərinin bir çox yollarının hərəkət hissəsində zibil qutularının meneə yaratması davam edir. Bu barədə ShimalNews 27 sentyabr tarixində məlumat verir.
Artıq 1 ildən çoxdur ki, ətrafa natəmizlik yayılır, sürücülər üçün isə təhlükə mənbəyidir. Bunu 2 həftə öncə vətəndaşların müraciətinə əsasən, gündəmə gətirmişdik. Onlar bu vəziyyətə Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşların məsul olduqlarını bildirirdilər.
Dünən isə Quba şəhərinin Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilməsi haqqında xəbər vermişdik.