Quba rayonunun Zərdabi qəsəbəsindən olan şəhid Səbuhi Əliyevin əkiz övladları dünyaya gəlib. Bu haqda ShimalNews 27 sentyabr tarixində məlumat verir.
Uşaqların ikisi də qız olduğu və Bakıda doğum evində doğulduqları bildirilib. Əldə olunan məlumata görə, şəhidimiz onlara Nərgiz və Nazlı adlarının qoyulmasını istəyirdi. Bununla onun özündən sonra 4 övladı yadigar qalıb.
S.Əliyev 44 günlük Vətən müharibəsində qəhrəmanlığına görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.