Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbinin XI sinif şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib - 300 bal toplayıb. Bu haqda ShimalNews 17 aprel tarixində məlumat verir.
Sevil Gülməliyeva ölkə üzrə maksimum bal toplayan 39 şagirddən biridir. Onun ən böyük arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır.
Keçən il Respublika Fənn Olimpiadasında Sevil Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medal qazanmış, bu il də Respublika Fənn Olimpiadasının final mərhələsinə yüksəlmişdir. O, üzərində əməyi olan müəllimlərinə - Təranə Bayramovaya, Nişanə Xeyrullayevaya, Nərgiz Ağamirzəyevaya və Anar Hüseynova xüsusi təşəkkürünü bildirib.