Ombudsmanın Şimal Regional Mərkəzinin əməkdaşları Qubadan olann qazini ziyarət ediblər. Bu barədə ShimalNews 15 iyul tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə istinadən məlumat verir.
Qurum nümayəndələri 44 günlük Vətən müharibəsi iştirakçısı, Amsar kəndindən olan qazi Anar Quliyev ilə görüşüblər.
Bu kimi tədbirlər şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təmin olunması məqsədini daşıyır. Anara bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib və qanunvericilikdən irəli gələn hüquqları izah edilib.