Qubanın Zərdabi qəsəbəsində elektrik cərəyanı xırdabuynuzlu heyvanları vuraraq öldürüb. Bu barədə ShimalNews 19 iyul tarixində məlumat verir.
Hadisə yaşayış məntəqəsinin ərazidə baş verib. Axşam saatlarında mal-qara sürüsü geri dönərkən 2 qoyun tələf olub. Onlara yaxınlaşmaq mümkün olmayıb.
Məsələ ilə bağlı qurumlara müraciətlər yönəldilib. Lakin mövcud vəziyyət davam edir və cəsədlər artıq tüstüləyir.
Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən yaxınlıqda adam olmayıb, əks halda faciə baş verə bilərdi.