Qubada tibb işçiləri üçün "Yüksək riskli dərmanların təhlükəsiz istifadəsi" mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 3 oktyabr tarixində məlumat verir.
Seminar Rayon Mərkəzi Xəstəxanasında farmakonəzarət üzrə məsul şəxs Gəray Nəsibov tərəfindən təşkil olunub. Burada baş tibb bacıları (qardaşları) və böyük tibb bacıları (qardaşları) iştirak ediblər. Növbədə xəstəxananın bütün tibb personalının bu təlimlərə cəlb olunması planlaşdırılır.