Qubada təhsil işçilərinin işə qəbul üzrə test imtahanı keçirilib. Bu haqda ShimalNews 25 sentyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə imtahanda ümumilikdə 89 şəxs iştirak edib.
Daha öncə imtahanın keçirilməsi barədə məlumat vermişdik.