Güclü yağış Qubanın ucqar dağ kəndi olan Yerfidə bir sıra fəsadlar törədib. Bu barədə ShimalNews 17 iyun tarixində Baku TV-yə istinadən məlumat verir.
Sakinlər bildiriblər ki, burada yaşayış qeyri-mümkündür:
"Yorğan-döşəyimiz yaşdır, gecə işıqlar da sönmüşdü, telefon işlətmək mümkün olmayıb. Bu dəfə keçən ildən də betər olub".
Həmçinin yağan güclü yağışlar nəticəsində kənd ərazisində yol infrastrukturu da sıradan çıxıb, körpü uçub.
Kənd icra nümayəndəsi Əbülfət Həsənov bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanıb.