Quba şəhərində "İdman hamı üçün" devizi ilə nümunəvi idman çıxışları keçiriləcək. Bu barədə ShimalNews 16 iyul tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Əyləncəli tədbir iyulun 17-si, saat 16:30-da Nizami adına mədəniyyət və istirahət parkında keçiriləcək.
Bu cür çıxışların təşkilində məqsəd idmanın geniş kütlə arasında təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.