Quba rayonunda şəhid ailəsinə səyyar kitabxana xidməti göstərilib. Bu barədə ShimalNews 23 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
MKS-in Aşağı Xuc kənd kitabxanasının təşkilatçılığı ilə açıq havada şəhid Tamerlan Əliyevin ailəsinə və yaxınlarına səyyar kitabxana xidməti göstərilib. Kitabxanaçı uşaqları maraqlandıran kitablar haqqında məlumat verib.