Qubada İİV-nin erkən aşkarlanması üçün müayinə aksiyası keçirilib. Bu haqda ShimalNews 25 noyabr tarixində məlumat verir.
Aksiya İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxan şəxsləri aşkarlamaq məqsədilə keçirilib. Müayinə ödənişsiz, anonim qaydada keçirilərək, müalicə barədə ətraflı məlumat verilib.