Shimal.News-un məlumatına görə, hadisə 14 oktyabr 12:10 radələrində baş verib.
Qəza nəticəsində avtomobildə olan 2 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
18 və 32 yaşlı şəxslərə bədənin müxtəlif nahiyələrinin travmaları, açıq yaraları, həmçinin travmatik hemopnevmotoraks diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətlındirilən 32 yaşlı şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyəti stabil qiymətləndirilən 18 yaşlı şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.