top
Yengicə və Əlicançay su anbarlarının tikintisinin başa çatacağı vaxt açıqlanıb
12 yanvar 2026, 19:00
- ↺ +

"Yengicə" və "Əlicançay" su anbarlarının tikintisinin başa çatacağı vaxt açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində "Yengicə" su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində "Əlicançay" su anbarının tikintisi həyata keçirilir və onların 2027-ci ildə tamamlanması nəzərdə tutulur.

Shimal.News xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, "Yengicə" su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcək: "Əlicançay" su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcək. "Şirvan" kanalının yenidən qurulması işləri müvafiq sərəncama uyğun olaraq davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidənqurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək. Eyni zamanda, 9 rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən "Qarabağ" kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır".

Ş.Mustafayev əlavə edib ki, 7 suvarma kanalı yenidən qurulub və 3 suvarma kanalının yenidən qurulması davam etdirilir ki, bunlar da ümumilikdə 132,3 min hektar əkin sahəsinə xidmət edir: 

"Son illərdə azsululuq dövründə Kür çayının 60 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin təsirindən suda duzluluq konsentrasiyasının artması Kür çayının aşağı axarında yerləşən Neftçala və Salyan rayonlarının ərazisində məskunlaşmış əhalinin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər yaradırdı".

Son xəbərlər

İdman
Bu gün, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Bu gün, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
Bu gün, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Bu gün, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Bu gün, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Bu gün, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Oxşar xəbərlər