Qusarda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
AZƏRTAC-ın məlumata görə, hadisə bu gün gecə saatlarında Yasab kəndində baş verib.
25 yaşlı Samirə Şahmərdanova Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dəm qazının toksiki təsiri diaqnozu ilə xəstəxanaya yerləşdirilən gəncin həyatı həkimlərin vaxtında müdaxiləsi nəticəsində xilas olunub.