Şəki rayonunun Biləcik kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın məlumatına görə, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın evdə halı qəfil pisləşib.
Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, azyaşlı yolda dünyasını dəyişib. İlkin ehtimala görə, körpədə epilepsiya tutması baş verib və onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhumun beş gün əvvəl 1 yaşı tamam olub.