Qubada oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə ShimalNews 13 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Hadisə Alekseyevka kəndində baş verib. Evlərin birindən içərisində 130.000 manat pul olan seyf oğurlanıb.
Quba RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə ev sahibinin oğlu A.Bayramov və onun tanışları N.Nəcəfov və L.Sərkərov saxlanılıblar.
Araşdırma aparılır.