Qubada, içərisində 125.000 manat və 10.000 dollar pul olan seyfi oğurlayan şəxslər tutulub. Bu barədə ShimalNews 16 iyul tarixində Report-a istinadən məlumat verir.
Quba Rayon Polis Şöbəsinə rayonda evlərin birindən qapı sındırılaraq oğurluq olunması barədə müraciət daxil olub. Bundan sonra əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.
Həmin şəxslərin evə girərək oradan içərisində 125.000 manat və 10.310 dollar olan seyfi oğurladıqları müəyyən edilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.