Qubada “Açıq Kitabxana” layihəsi start alıb. Bu haqda ShimalNews 8 sentyabr tarixində Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Mərkəzi kitabxananın nəzdində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana - sərbəst mütaliə məkanı” yaradılıb. Layihə 14 sentyabr tarixinədək Mərkəzi kitabxana ilə yanaşı, MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarında da davam edəcək.