top
Qubada falçıya üz tutan qadın şantaj olunub
25 iyun 2024, 11:19
- ↺ +

Qubada falçıya üz tutan qadın şantaj olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayon sakini B.Cavadova (şərti) keçmiş iş yoldaşını yuxuda tez-tez gördüyündən narahat olub və İnstaqram sosial şəbəkəsində falçıya müraciət edib. Bu barədə ShimalNews 25 iyun tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.

Qadın “falci baxici Emma” adlı səhifəyə  müraciət edib və bir qədər sonra şantaja məruz qalıb. Təhdidlərdən və pul tələb edilməsindən bezərək B.Cavadova Quba Rayon Polis Şöbəsinə müraciət edib. Araşdırma aparılıb və cinayəti törədənin 22 yaşlı Bakı şəhər sakini R.Əliyev olduğu müəyyən olunub. Həmin şəxs saxlanılıb.

Məhkəmədə B.Cavadova hadisə barədə ətraflı məlumat verib:

“Quba şəhərində yerləşən marketlərdən birində satıcı işləyirdim. İşdən çıxdıqdan sonra iş yoldaşım A.Ramazanovu mütəmadi olaraq yuxuda görürdüm. Bundan narahat olaraq, falçıya müraciət etdim. 10 yanvar 2024-cü il tarixində instaqramda “falci_baxici_emma” adlı səhifə ilə yazışaraq əlaqə saxladım, əvvəllər bir yerdə işlədiyim oğlanı tez-tez yuxuda gördüyümdən narahat olduğumu bildirdim.

Yazışdığım şəxs fala baxmaq üçün özümün və oğlanın şəkillərini istədi. Öz şəklimi və oğlanın fotosunu sosial şəbəkədən skrin edib yolladım. Şəkilləri göndərdikdən sonra yazışdığım şəxs mənə bəxtimin bağlı olduğunu bildirərək təmizlənməsi üçün 200 manat pul istədi”.

Bu pulla kifayətlənməyən R.Əliyev sonra da B.Cavadovanı şantaj edərək pul tələb etməyə başlayıb. O, yalandan özünü haker kimi təqdim edib və falçının səhifəsini ələ keçirdiyini deyib. Qubada yaşayan həmin oğlana yazaraq, baş verənləri ona deyəcəyi, rüsvay edəcəyi ilə hədələyərək qadından ümumilikdə 430 manat alıb.

Son xəbərlər

Faydalı
Bu gün, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər