Quba rayonunun Mirzəməmmədkənd kəndində yanğın baş verib. Bu barədə ShimalNews 16 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 24 kv.m olan 1 mərtəbəli evin dam örtüyü 10 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.