Qubada şəhid ailələrinə və qazilərə qurban sovqatları paylanılıb. Bu barədə ShimalNews 9 iyul tarixində Qafqaz TV-yə istinadən xəbər verir.
Millət vəkili Vahid Əhmədovun səlahiyyətli nümayəndəsi Şakir Şəfiyev tərəfindən şəhid və qazi ailələri ziyarət olunub. Bayram payı çatdırıldıqdan sonra, onları narahat edən məsələlərlə maraqlanılıb.
Nümayəndənin sözlərinə görə, hər il V.Əhmədov tərəfindən keçirilən bu xeyriyyə aksiyası artıq ənənəyə çevrilib.
[caption id="attachment_20453" align="alignnone" width="300"]
Foto açıq mənbələrdən[/caption]