Quba rayonunda yanğın qeydə alınıb. Bu barədə ShimalNews 12 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Küçeyi kəndində baş verib. Həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Alovun qarşısı alınıb.