Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb. Bu barədə ShimalNews 2 mart tarixində quruma istinadən məlumat verir.
Səyyar qəbul Amsar kəndində keçirilib. Vətəndaşlarla görüşdə Polis Şöbəsinin rəisi, rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Ziyəddin Əliyev aidiyyəti şəxslərə tapşırıqlar verib.