Qubada yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 11 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Xucbala kəndində baş verib. Həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 3,5 tonu yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Alovun qarşısı alınıb.