Bu gün ümumi təhsil müəssisələrində çalışanların sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi aparılır. Bu haqda ShimalNews 22 iyun tarixində məlumat verir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi (RTİ) üzrə 1073 nəfər prosesə dəvət olunub. Onlar mümkün 60 baldan minimum 30 bal toplamalıdırlar ki, müsahibə mərhələsində iştirak hüququ qazansınlar.