Quba-Xaçmaz Regional Təhsil İdarəsi sertifikasiyaya hazırlıq üçün Telegram kanalını istifadəyə verib. Bu barədə ShimalNews 22 iyul tarixində adıçəkilən idarəyə istinadən məlumat verir.
Ümumtəhsil məktəblərinin müəllimlərinə dəstək üçün link üzrə (https://t.me/sertifikasiyaquba) göstərilən kanal fəaliyyət göstərir. Burada "Gəlin birgə öyrənək!" proqramı çərçivəsində rayonlar üzrə mərkəzlərin fəaliyyəti, imtahanlara hazırlıq üçün müxtəlif mənbə və materiallar, təlimlər və sınaq imtahanları barədə məlumatlar paylaşılır.