Quba rayonunda 1 nəfərin barmağı yük avtomobilinin sürətlər qutusunda qalıb. Bu haqda ShimalNews 15 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hadisə Qəçrəş kəndində qeydə alınıb. Əraziyə cəlb edilən xilasetmə qüvvələri tərəfindən vətəndaşın sıxılmış vəziyyətdə qalan barmağının çıxarılması təmin edilib.