Qubanın Söhüb kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 22 iyun tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Vətəndaşa məxsus yaşayış evini söndürməyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib.
Quba icra hakimiyyəti başçısının Rük İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rahib Məmmədov bildirib ki, ev sahibi Valeh Xanbabayev sərxoş vəziyyətdə olduğundan evini özü yandırıb.