Qubada sakinlər içməli su xəttinin təmirini 2 həftəyə yaxın nəticəsiz gözləyiblər. Bu haqda ShimalNews 25 sentyabr tarixində məlumat verir.
Məsələ gündəmə gətirilmiş, xəttin qəzalı olması ilə bağlı Alekseyevka kəndinin bələdiyyə nümayəndəliyinə müraciət edilmişdir.
Artıq ətrafda yaşayanlar özləri vəsait toplayaraq zədəli borunu bərpa ediblər.