Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında nəzarət tədbirləri keçiriblər. Bu haqda ShimalNews 17 aprel tarixində məlumat verir.
Araşdırma zamanı Quba rayonunun Barlı kənd sakini Fərid Mahmudovdan qanunsuz ovlanmış balıq aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.