“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Quba şəhərində tədbir təşkil olunacaq. Bu haqda ShimalNews 8 iyul tarixində məlumat verir.
İctimai dinləmə Heydər Əliyev Mərkəzində 9 iyul saat 11:30-da keçiriləcək. Dəstək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı tərəfindən göstəriləcək.
İştirakçılara hədəf və məqsədlər, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair ətraflı məlumat veriləcək.