Afurca kəndində səyyar vətəndaş qəbulu keçirilib.
ShimalNews Quba Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir ki, bu gün keçirilən tədbirdə icra başçısı İlqar Mahmudov, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlara rayonda görülmüş işlər barədə ətraflı məlumat verilib, onlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.