Quba sakinləri icra başçısı Ziyəddin Əliyevlə səyyar görüşdə iştirak edə bilərlər. Bu barədə ShimalNews 29 may tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir iyunun 1-i baş tutacaq. Burada Güləzi kənd sakinləri iştirak edəcəklər. Onları maraqlandıran və narahat edən məsələlər dinləniləcək.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.