Quba Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən Qalaaltı kəndinə səfər təşkil edilib. Bu haqda ShimalNews 28 noyabr tarixində məlumat verir.
Qalaaltı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini, “Villa Qala” hotelinin rəhbərliyi və sənətkarlıqla məşğul olan kənd sakini ilə görüş keçirilib. Səfərin məqsədi kəndin turizm potensialının araşdırılması olub.
Kənd ərazisində mövcud olan yerləşdirmə müəssisələri, kənddəki tarixi, mədəni, təbiət abidələri siyahıya alınıb, sənətkarlıq nümunələrinə baxış keçirilib və turistləri cəlb edə biləcək mövcud turizm resursları haqqında məlumatlar əldə edilib.