Quba rayonu ərazisində yerüstü radio yayımçısı lisenziyasının alınması üçün müsabiqə elan ediləcək. Bu barədə ShimalNews 9 iyul tarixində Audiovizual Şuraya istinadən xəbər verir.
Müsabiqə "Dağlı" RTYS-dən – 93.3 MHz dalğası üçün lisenziyanın alınması məqsədilə iyulun 13-dən etibarən 23 avqusta kimi həyata keçiriləcək.
Daha sonra 10 iş günü ərzində sənədlərə baxılacaq və iddiaçılara müsabiqəyə buraxılmaları haqqında rəsmi məlumat veriləcək. Həmin müddətdən sonrakı 30 iş günü ərzində Azərbaycan Respublikası Audiovizual Şurası müsabiqəni keçirəcək və nəticələrini rəsmi olaraq açıqlayacaq.