Quba və Qusar rayonlarından olan müəllimlər üçün "Forest School Təhsil Proqramı" layihəsinin təqdimatı baş tutub. Bu barədə ShimalNews 12 iyul tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.
Layihə National Geographic-in dəstəyi və Forest School Azerbaijan-nın təşkilatçılığı ilə həyata keçirilir. Burada açıq havada təhsil ilə maraqlanan, bu sahədə özünü pedaqoq-lider kimi inkişaf etdirmək istəyən müəllimlərlə görüş keçirilib.
Bu kimi təqdimatlar yalnız müraciətlərin çox olduğu regionlarda keçirilir. Digər regionlardan namizədlər təqdimatın keçirildiyi yaxın regiona dəvət olunur.